Bu marşrutun avtobusları dəyişdirilir

14:44 31.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

Bu barədə Hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.